İndoneziyada daşqınlarda ölənlərin sayı 500 nəfəri ötüb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq
sürüşməsində həlak olan insanların sayı 500-i ötüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bundan əvvəl itki sayı 417 nəfər olub.




İndoneziyanın axtarış-xilasetmə agentliyinin məlumatına görə,
təbii fəlakət bölgədə ötən həftənin sonlarından etibarən davam edən
leysan yağışlar nəticəsində baş verib.

İzafi suların yaratdığı sel yaşayış binalarını, yolları və
infrastrukturu dağıdaraq, xilasedicilərin yaşayış məntəqələrinə
çıxışını çətinləşdirib.