İstanbulda kütləvi dava: 8 yaralı var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda məişət
zəminində iki qrup arasında yaranan mübahisə kütləvi dava ilə
nəticələnib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, odlu silaha və bıçağa əl atıldığı toqquşma
nəticəsində azı 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım
maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onlarında
ikisi odlu silahdan açılan güllə yarası, altı nəfər isə
kəsici-deşici bıçaq yaraları alıblar.

Davada iştirak edib yaralanmayan şəxslər isə polis tərəfindən
saxlanılıb. İlkin məlumata görə, qanlı mübahisə borc üstündə
düşüb.