
Bakı. Trend:
“Qalatasaray” Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində
səfərdə “Fənərbaxça”nın qonağı olacaq.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul derbisi öncəsi “sarı-qırmızılar”a zədəli
oyunçularından sevindirici xəbər gəlib.
Viktor Osimhen, Mario Lemina və Yunus Akgün zədəsini sağaldıb.
Üç futbolçu da bu gün komanda ilə birlikdə məşq edib. Baş məşqçi
Okan Buruk şans versə, onlarda meydanda olacaqlar.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” qarşılaşması 1 dekabr
tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start
götürəcək.

