Gürcüstanda müxalif siyasətçi məhkəmə binasını yandırmağa cəhd edib

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə şəhər məhkəməsinin kargüzarlıq
şöbəsini yandırmağa cəhd etmiş müxalifətyönümlü siyasətçi Aleko
Elisaşvili hüquq mühafizə orqanları əməkdaşları tərəfindən
saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, “Güclü Gürcüstan –Lelo” koalisiyasının
liderlərindən olan Elisaşvili yanğını şənbə gününə keçən gecə
törətməyə çalışıb. Operativ tədbirlər nəticəsində onun bu cəhdinin
qarşısı alınıb və o dərhal hadisə yerində saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl oktyabr ayında Tbilisidə prezident
sarayına basqın cəhdinə görə 60-dan çox insan saxlanılmışdı.