Tramp Kubada əməliyyat ehtimalını istisna etməyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kubada Venesuela ssenarisinə bənzər
əməliyyatın mümkünlüyünü istisna etməyib.

Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Kubada belə bir əməliyyatın mümkün olub-olmaması ilə bağlı suala
cavabında o, “bu, mümkündür” deyib.




ABŞ Prezidenti qeyd edib ki, Kuba və Venesuela ABŞ-a İranla
müqayisədə daha yaxındır. Onun sözlərinə görə, İrana uçuş uzun
müddət tələb etdiyi halda, Venesuela nisbətən yaxın, Kuba isə ABŞ
sahillərindən qısa məsafədə yerləşir.

Tramp, həmçinin Dövlət katibi Marko Rubionun Kuba siyasətinin
formalaşdırılmasında fəal rol oynadığını vurğulayıb.