Bankların xalis daxili aktivləri azalıb

Baş səhifə

Bu ilin noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 576,6 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb

Bu, aylıq müqayisədə 6,8 % çox, ilin əvvəli ilə müqayisədə 7,4 %, ötən ilin noyabrın 1-nə nisbətən isə 8,7 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 18 milyard 914,1 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 10,9 % az, ilin əvvəli ilə müqayisədə 4,9 % az, ötən ilin noyabrın 1-nə nisbətən isə 4,1 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 341,9 milyon manat olan 22 bank fəaliyyət göstərir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.