
Bakı.Trend:
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olan ölkələr cinsi
təcavüz ittihamları fonunda Baş prokuror Kərim Xanın vəzifədən azad
edilməsinin lehinə səs veriblər.
Bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat
yayıb.
Müvafiq qərarı 125 üzv dövlətdən 82-si dəstəkləyib, lakin
səsvermədə iştirak edən ölkələrin ətraflı siyahısı açıqlanmayıb. Bu
addıma səbəb Xanın rədd etdiyi nalayiq davranışla bağlı ittihamlar
olub.
BCM-də bu hadisə xidməti vəzifələrin ciddi şəkildə pozulması
kimi qiymətləndirilib .
Xatırladaq ki, 2026-cı ilin iyununda prokurorun səlahiyyətləri
istintaq başa çatana qədər dayandırılmışdı.
Kərim Xan BCM Prokurorluğuna məhkəmənin bir sıra rezonans
doğuran qərarlar qəbul etdiyi dövrdə rəhbərlik edib. 2023-cü ildə
onun müraciəti əsasında Ukraynanın işğal olunmuş ərazilərindən
uşaqların Rusiyaya qanunsuz deportasiya edilməsi ittihamı ilə
Rusiya Prezidenti Vladimir Putin və uşaqlar üzrə ombudsman Mariya
Lvova-Belovaya qarşı həbs orderi verilib.

