Anası tərəfindən zəncirləndiyi deyilən azyaşlı ilə bağlı araşdırma aparılır

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda azyaşlının anası tərəfindən uzun müddət
zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatlar
araşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
xidmətinin əməkdaşı Cəsarət Qənbərli Trend-in sorğusuna cavab olaraq bildirib ki,
qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma
aparılır.




“O, ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin
olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya
yerləşdirilib. Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin
qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür.
Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə
aparılacaq”, – o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, uşaq
illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial
mühitdən məhrum edilib.