ABŞ hava limanında bomba həyəcanı

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Filadelfiya beynəlxalq hava limanında bomba həyəcanı ilə
əlaqədar təyyarələrin enişi və uçuşu müvəqqəti olaraq
dayandırılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, polisin keçirdiyi təhlükəsizlik tədbirlərindən
sonra yarım saat ərzində hər hansı insident yaşanmadan aeroport
normal fəaliyyətini bərpa edib.

Təhdidin hardan qaynaqlandığı ilə bağlı məlumat verilmir.