Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbləri azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara
və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,992
milyard manat təşkil edib.

Bu barədə Trend AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 764,3 milyon
manat və ya 8,7% azalıb.




Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə
isə 2,362 milyard manat və ya 22,8% azalıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabrın 1-nə AMB-nin banklara və
bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,757
milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 10,354 milyard manat
təşkil etmişdi.