Ermənistanın Vardenis rayonunda iki hərbçi minaya düşərək yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Onlar xidmətdən kənar şəraitdə xəsarət alıblar və həyatları üçün heç bir təhlükə yoxdur”, – nazirlikdən bildirilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

