Nazir Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüşüb

Baş səhifə

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri Ümit Kocabıçak ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində akkreditasiya qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.