Bakı. Trend:
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində
“Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı
dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media
ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiya
keçirilir.
Trend xəbər
verir ki, panel müzakirəyə “AnewZ” beynəlxalq televiziya kanalının
icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edir.
Sessiyada Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun
müavini Natiq Məmmədli, Qazaxıstan Respublikasının “Xabar”
Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğız
Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti
Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi
Zarina Kalmuratova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat
müşaviri Alptekin Cihangir İşbilir, Şimali Kipr Türk
Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı
spiker qismində çıxış edəcəklər.

