Azərbaycan banklarının xalis xarici və daxili aktivləri illik ifadədə artıb

Baş səhifə

Bakı. Trend:

Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici
aktivləri 28,577 milyard manat təşkil edib.

Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,
aylıq müqayisədə 1,8 miolyard manat (1,8%), ilin əvvəli ilə
müqayisədə 2 milyard manat (7,4%), ötən il noyabrın 1-nə nisbətən
isə 2,3 milyard manat (8,7%) çoxdur.




Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 18,914
milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,3 milyard
manat və ya 10,9% az, ilin əvvəli ilə müqayisədə 977 milyon manat
və ya 4,9% az, ötən il noyabrınn 1-nə nisbətən isə 748,3 milyon
manat və ya 4,1% çoxdur.

Hesabat dövründə Azərbaycanda ümumi aktivləri 56,342 milyard
manat olan 22 bank fəaliyyət göstərir.