
Qətər Nəqliyyat Nazirliyi ölkədə ictimai təhlükəsizliyin təmin olunması məqsədilə kiçik gəmilərin dənizə çıxışını və dənizdə əyləncə tədbirlərini müvəqqəti dayandırıb.
Modern.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, yaxta, balıqçı qayığı, istirahət qayıqları və hidrotsikl sahiblərinə növbəti bildirişədək dənizə çıxmamaq tövsiyə olunub. Qərarın aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış profilaktik tədbir olduğu vurğulanıb.
Qadağa beynəlxalq dəniz konvensiyalarının tələblərinə tabe olan gəmilərə şamil edilmir. Həmin gəmilər fəaliyyətlərini mövcud qaydalara uyğun şəkildə davam etdirəcəklər.
Qeyd edək ki, iyulun 12-də Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman üzərində raket və pilotsuz uçuş aparatları ilə hava hücumları qeydə alınıb. Qətər hava hücumunun qarşısının alındığını açıqlayıb. Məhv edilən raketlərin qalıqlarının düşməsi nəticəsində üç nəfər, o cümlədən bir uşaq yaralanıb.

