
Bakı.Trend:
27 noyabr tarixindən etibarən “Çinarlı” yaşayış kompleksini Abay
Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin
tikintisi layihəsi üzrə mövcud yeraltı piyada keçidi layihədə
nəzərdə tutulmuş avtomobil tuneli ilə kəsişdiyindən
tikinti-quraşdırma işləri aparılması üçün piyadaların hərəkəti üçün
bağlanacaq.
Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, layihədə nəzərdə tutulmuş piyada keçidinin
tikintisi başa çatdıqdan sonra piyadalar keçiddən istifadə edə
biləcəklər.

