ABŞ-nin İsraildən tələbi: HƏMAS-la müharibə Yeni ilə qədər dayandırılacaq?

Dünya


“Qəzza zolağında hərbi əməliyyatlar Yeni ilə qədər başa çatdırılmalıdır”.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken İsrailə son səfəri zamanı Təl-Əviv rəsmilərinə bildirib.

Sonuncuların sözlərinə görə, ABŞ administrasiyası İsraildən Qəzza zolağının cənubunda iki milyon fələstinli qaçqına dəstəyi artırmağı tələb edib.

Daha əvvəl bildirildiyinə görə, ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyatı başa çatdırmaq üçün İsrailə dəqiq vaxt verməsə də, döyüşləri mümkün qədər tez, mülki əhali arasında minimal itkilərlə bitirməyin zəruriliyini vurğulayıb.

Mənbə: “The Economist”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir