
Bakı. Trend:
Avstraliynın şərqində yerləşən Kayliz Biç çimərliyində
köpəkbalığı hücumu nəticəsində okeanda üzrə bir qadın həlak olub,
bir kişi isə ağır yaralanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zərərçəkənlər 20 yaşlarında olan avropalı
turistlərdir.
Hadisə şahidləri təcili tibbi yardım briqadası gələnə qədər
onlara onların sahilə çıxmasına kömək edib və ilkin tibbi yardım
göstəriblər. Bütün səylərə baxmayaraq yaralı qadın aldığı
xəsarətlərdən həyatını itirib.
Yeni-Cənubi Uels əyalətinin polis rəisinin mətbuata verdiyi
açıqlamaya əsasən, zərərçəkənlər eyni qrupdan olublar və hadisə
vaxtı birlikdə üzüblər.

