
Bakı. Trend:
İlk növbədə, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və
sərhədin açılması həqiqətən də Ermənistan üçün vacibdir.
Azərbaycanla əldə olunmuş sülhün daha da institusionallaşdırılması
da az əhəmiyyət daşımır.
Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat
Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın Ermənistanla bağlı son
bəyanatını şərh edərkən deyib.
O qeyd edib ki, nəqliyyat infrastrukturunun açılmasına gəldikdə
isə, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən
sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlıq.
“Bu çərçivədə müəyyən edilmiş TRIPP marşrutu həm Azərbaycanın
Naxçıvanla, həm də Ermənistanın digər ölkələrlə və daha geniş
miqyasda – regionlarla Ermənistan və Azərbaycan üzərindən
birləşməsini təmin edəcək. Ermənistan onun mümkün qədər tez həyata
keçirilməsi üçün fəal səylər göstərir”, – erməni nazir əlavə
edib.
Xəbər yenilənəcək

