Rusiyanın “YUKOS” neft şirkətinin prezidenti, hazırda Avropada mühacirətdə olan Mixail Xodorkovski terrorçu və ekstremist siyahısına salınıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə məlumat Rosfinmonitorinqin saytında yerləşdirilib.
Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov da terrorçu və ekstremist siyahısına salınıb.
Onların hər ikisi Rusiya Federasiyasında xarici agent kimi tanınıb.

