Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan Hindistana
ixrac olunan neftin həcmi açıqlanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarət
gömrük statistikasına əsasən, cari ilin yanvar–iyun aylarında
Azərbaycandan Hindistana 247,4 milyon ABŞ dolları dəyərində bitumlu
süxurlardan alınan 320,5 min ton həcmində neft və neft məhsulları
ixrac olunub.

Ötən ilin yanvar–iyun ayları üzrə Azərbaycandan Hindistana neft
ixracına dair məlumat təqdim edilməyib.

Qurumun məlumatına görə, cari ilin yanvar–iyun aylarında
Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları
dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam
neft və neft məhsulları ixrac edilib.

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç
idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495
milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4
milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ
dollarından çox) qərarlaşıb.




Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə,
cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət
dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.

Trend-in
hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261
milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.

Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard
ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına
düşüb.

Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın
həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın
həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.

Vurğulanır ki, nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ
dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına
görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və
ya 6,623 milyard ABŞ dolları çoxdur.