Razılaşma əldə olunmayana qədər İrana heç nə keçməyəcək – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini ikiüzlü
davranmaqda ittiham edib və Tehranın heç vaxt nüvə silahına sahib
olmasına imkan verilməyəcəyini bəyan edib.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlü davranır. Onlar
görüş keçirmək istəyirlər, danışıqlar başlayır və yaxın vaxtlarda
yeni görüşlər planlaşdırılır. Lakin eyni zamanda açıq şəkildə heç
bir müzakirə aparmadıqlarını və yalnız Omanla təmasda olduqlarını
bildirirlər”, – deyə o qeyd edib.

ABŞ Prezidenti İranın Hörmüz boğazına nəzarətlə bağlı
bəyanatlarını da tənqid edib.




“Onlar Hörmüz boğazına güclü nəzarət edəcəklərini deyirlər.
Halbuki boğaz artıq tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti
altındadır. Biz istəmədikcə İrana heç nə keçmir və razılaşma əldə
olunmayana və ya tam təslim baş verməyənə qədər də heç nə
keçməyəcək”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, Vaşinqton uzun illərdir İranın yaratdığı
problemin həlli üzərində işləyir.

“İran heç vaxt nüvə silahına sahib olmayacaq”, – deyə ABŞ
Prezidenti bildirib.