Azərbaycanda tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2,5 dəfə artıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, nəqliyyat sektoru üzrə görülmüş işlər tranzit yükdaşımaların həcmini artırıb: “Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun son illərdə yaxşılaşdırılması, Ələt Beynəlxalq Dəniz Limanının yükaşırma potensialının artırılması hesabına tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2,5 dəfə artaraq 14,5 milyon ton təşkil edib”.
Nazirin sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış layihə texnologiya transferi baxımından mühüm əhəmiyyət kəsb edir: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində olan layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

