Yaponiya ilk dəfə gəmi əleyhinə raket buraxılış qurğusunu yerləşdirib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri ölkənin ən şərq
nöqtəsində yerləşən Minamitorişima adasında ilk dəfə olaraq Type-12
gəmiəleyhinə raket kompleksinin buraxılış qurğusunu
yerləşdirib.

Bu barədə “NHK” telekanalı məlumat yayıb.

Məlumata görə, buraxılış qurğusu ilə birlikdə adaya kəşfiyyat
məqsədli pilotsuz uçuş aparatları da çatdırılıb.




Type-12 raketlərinin uçuş məsafəsi 100 kilometrdən çox olsa da,
raketlərin özü adaya gətirilməyib.

Minamitorişima adası Oqasavara arxipelaqına daxildir və
Yaponiyanın əsas adası olan Honsudan təxminən 2 min kilometr
cənub-şərqdə yerləşir.

Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri bildiriblər ki,
yerləşdirilmiş avadanlıq normal rejimdə fəaliyyət göstərir. Bununla
yanaşı, 2027-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində
atəş dəstəyi elementlərinin tətbiqi ilə təlimlərə başlanması
planlaşdırılır.