
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Rusiya–Ukrayna danışıqlarının
mümkün nəticə verəcəyi halda, Minsk şəhərinin danışıqlar üçün məkan
ola biləcəyini bildirib.
Bu barədə Putin “Vesti”nin jurnalisti Pavel Zarubinə
müsahibəsində danışıb.
Dövlət başçısı qeyd edib ki, Belarus bu prosesdə vasitəçi və
danışıqlar məkanı kimi istifadə oluna bilər.
“Mən əminəm ki, danışıqlar nə vaxtsa nəticə verərsə, Belarusun
imkanlarından da istifadə etmək olar”, – deyə Putin bildirib.
O, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun mübahisəli
məsələlərin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri
dəstəklədiyini vurğulayıb.

