Almaniya belə isti hava görməmişdi

Baş səhifə

Almaniyada davam edən isti hava dalğası fonunda ardıcıl üçüncü gündür ki, ölkə üzrə rekord temperatur qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, ölkənin Polşa ilə sərhədində yerləşən Koşen qəsəbəsində havanın temperaturu 41,7 dərəcə təşkil edib. Bu, indiyədək ölkədə ölçülmüş ən yüksək temperaturdur.

İyunun 26-da Saarbrüken əyalətində 41,3, ötən gün isə Saksoniya-Anhalt əyalətində 41,5 dərəcə qeydə alınıb. Əvvəlki rekord göstərici 2019-cu ilin iyulunda Şimali Reyn-Vestfaliya əyalətinin Tönisforst və Duysburq-Baerl şəhərlərində ölçülüb – 41,2 drəcə.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.