
Bakı. Trend:
Pekin və Minsk arasında münasibətlər tarixi zirvədəyə
yüksəlib.
Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
“Hazırda Çin-Belarus münasibətləri tarixi zirvə dövrünü
yaşayır”, – deyə o bildirib.
Çində işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr
Lukaşenko münasibətlərin belə müsbət qiymətləndirilməsini yüksək
dəyərləndirdiyini qeyd edib. “Bu, sizinlə danışdığımız məsələdir.
Ola bilsin ki, Belarus ilə Çin Xalq Respublikası arasında bu qlobal
əməkdaşlıq ərəfəsində müəyyən mənada bunun arzusunda da olmuşduq”,
– deyə o, Si Cinpinlə görüşündə bildirib.

