Fransada isti hava dalğaları kənd təsərrüfatına ciddi ziyan vurub

Baş səhifə

Bakı. Trend:

Fransada 10 gündən artıq davam edən anomal isti hava kənd
təsərrüfatı sektoruna ciddi təsir göstərib və bu, ilin sonunda
məhsuldarlığın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola
bilər.

Bu fikri Fransanın kənd təsərrüfatı naziri Anni Jenevar “Les
Echos” qəzetinə müsahibəsində səsləndirib.

“Məhsul itkiləri qaçılmazdır, bu dəqiqdir. Xüsusilə buğda və
qarğıdalı kimi taxıl bitkilərində itkilər olacaq və suvarılan
sahələrlə suvarılmayan sahələr arasındakı fərq çox nəzərəçarpacaq.
İtkilərin dəqiq miqyasını yalnız məhsul yığımından sonra
qiymətləndirmək mümkün olacaq”, – deyə nazir bildirib.




Nazir əlavə edib ki, heyvandarlıq sahəsində də vəziyyət olduqca
ağırdır.

“Vəziyyət heyvan növlərindən asılı olaraq fərqlənsə də, onların
hamısı zərər görüb. Ölüm halları artıb, süd istehsalı isə azalıb”,
– deyə Anni Jenevar qeyd edib.