
Bəzi insanlar səmimiyyəti, mərhəməti və xoş niyyəti ilə ətrafındakıların rəğbətini qazanır. Onlar başqalarına kömək etməyi sevir, kin saxlamağa və pislik etməyə meylli olmurlar. Astroloqlara görə, bəzi bürclər təmiz qəlbli və xeyirxah xarakterləri ilə seçilirlər. Məhz bu xüsusiyyətləri onları yaxın çevrəsində xüsusi insanlara çevirir.
Metbuat.az ürəyi ən təmiz 5 bürc haqda məlumatları təqdim edir:
Balıqlar
Balıqlar bürcü həssas və mərhəmətli xarakteri ilə tanınır. O, başqalarının problemlərinə laqeyd qala bilmir və ehtiyacı olan insanlara kömək etmək üçün əlindən gələni edir. Başqalarının səhvlərini bağışlamağa meyllidir və kin saxlamağı sevmir. Bu xüsusiyyətləri ona ətrafında sevilən insana çevirir.
Xərçəng
Xərçəng bürcü ailəsinə və sevdiklərinə çox bağlıdır. O, yaxınlarının xoşbəxtliyi üçün fədakarlıq etməkdən çəkinmir. Səmimi və qayğıkeş xarakteri sayəsində insanların etibarını qazanır. Pis niyyətli davranışlar ona yad hesab olunur.
Tərəzi
Tərəzi bürcü mehribanlığı və ədalət hissi ilə seçilir. O, insanlarla yaxşı münasibət qurmağa və münaqişələrdən uzaq durmağa çalışır. Başqalarının hisslərinə qarşı həssas davranır və heç kimin qəlbini qırmaq istəmir. Bu səbəbdən çoxları ona güvənir.
Oxatan
Oxatan bürcü açıqürəkli və səmimi olması ilə tanınır. O, hisslərini gizlətməyi sevmir və insanlara qarşı dürüst davranmağa çalışır. Yaxınlarına qarşı həmişə xoş niyyət nümayiş etdirir. Pislik etmək və kin saxlamaq onun xarakterinə uyğun deyil.
Buğa
Buğa bürcü sakit və etibarlı xarakteri ilə diqqət çəkir. Sevdiyi insanlara qarşı son dərəcə qayğıkeş davranır. O, münasibətlərdə səmimiyyətə və sədaqətə böyük önəm verir. Yaxınlarının yanında olmaq və onlara dəstək vermək Buğa üçün xüsusi əhəmiyyət daşıyır.

