PSJ heyətini italiyalı qolkiperlə gücləndirib

Baş səhifə

Bakı. Trend:

Fransanın “Pari Sen-Jermen” futbol klubu italiyalı qapıçı
Alessandro Lonqoni ilə müqavilə imzalayıb.

Bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsindəki
səhifəsində yazıb.




18 yaşlı qolkiper PSJ-yə azad agent kimi keçib. O, “Milan”ın
yetirməsidir və klubun gənclər komandasında çıxış edib.

Fabrizio Romanonun məlumatına görə, Alessandro Lonqoni Paris
təmsilçisinin üçüncü qapıçısı olacaq. Ötən mövsüm bu rolu yerinə
yetirən Renato Marin isə icarə əsasında Portuqaliya klublarından
birinə göndəriləcək.