Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Konstitusiya Günü ilə
bağlı fərman imzalayıb.

Fərmana əsasən, təltif olunanlar arasında Azərbaycan diasporunun
rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri
Hikmət Cavad da var.




Fərmana əsasən Hikmət Cavad III dərəcəli “Xidmətlərə görə”
ordeni ilə təltif olunub.