Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını da qələbə ilə başa vurub.
“Report” xəbər verir ki, yığma A qrupunun matçında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra milli qrupunu ilk sırada tamamlayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

