Cəbrayılın Horovlu kəndinə qayıdış edən ailələr mənzil başına çatıb (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Cəbrayıl. Trend:

Bu gün səhər saatlarında respublikanın müxtəlif yerlərindən yola
salınan ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Cəbrayıl rayonunun
Horovlu kəndinə 37 ailə olmaqla 160 nəfər köçürülüb.

Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları
mənzillərin açarları təqdim ediləcək.

xxx

07:46




Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir ki, bu
mərhələdə ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.