AMB “Status Sığorta Brokeri”nə icrası məcburi sərəncam verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Status Sığorta Brokeri” MMC-yə
icrası məcburi sərəncam verib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.




“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata
keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta
brokeri “Status Sığorta Brokeri” MMC-yə “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin
tələblərinə əsasən icrası məcburi göstəriş verilib”, – məlumatda
vurğulanıb.