Bakı. Trend:
Türkiyə Sahil Mühafizəsi İzmir əyalətinin Seferihisar rayonu
sahillərində mühərriki sıradan çıxan şişmə qayıqdan 34 qanunsuz
miqrantı xilas edib.
Trend xəbər verir
ki, təhlükə siqnalından sonra əraziyə xilasetmə qayığı göndərilib
və onların arasında 14 uşaq da olmaqla bütün şəxslər sahilə
çıxarılıb.
Bundan başqa, Menderes bölgəsində sahil mühafizəsi əməkdaşları
yetkinlik yaşına çatmayanlar da daxil olmaqla daha yeddi qanunsuz
miqrantı saxlayıblar.
Zəruri prosedurlar tamamlandıqdan sonra bütün miqrantlar daha
sonrakı tədbirlərin görülməsi üçün regional miqrasiya xidməti
idarəsinə təhvil verilib.

