Azərbaycan gimnastları Avropa çempionu olublar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın millisinin aerobika gimnastikası üzrə qarışıq
cütlüyü Avropa çempionu olub.

Bu barədə Trend
Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.




Məlumata əsasən, 14-16 noyabr tarixlərində Gəncə şəhərində
keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final
mərhələsində milli komandamızın üzvləri qarışıq cütlük Mədinə
Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə
qoyaraq 1-ci yerin sahibi olub.