Lənkəranda yanmış halda iki meyit aşkarlanıb

Baş səhifə
Lənkəranda yanmış halda iki meyit aşkarlanıb

Lənkəran rayonunun Göyşaban kəndi ərazisindəki məişət tullantıları poliqonunda yanmış iki meyit aşkarlanıb.

“Report”un cənub bürosunun məlumatına görə, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəıb olunub.

Onların kimliyi və hansı şəraitdə öldükləri araşdırılır. Hər iki şəxsin kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.