Ekspert: Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin tranzit potensialını gücləndirəcək

Baş səhifə
Ekspert: Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin tranzit potensialını gücləndirəcək

Zəngəzur dəhlizi – bölgənin ölkələri – Mərkəzi Asiya və Cənubi Qafqaz üçün öz tranzit potensialını reallaşdırmaq üçün əla imkandır.

“Report”un Daşkəndə ezam olunan müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə Özbəkistanın İrəli Beynəlxalq Araşdırmalar İnstitutunun eksperti Nərgiz Umarova bildirib.

“Zəngəzur dəhlizi Orta Dəhlizin ötürmə qabiliyyətini genişləndirəcək. Hazırda Bakı-Tbilisi-Qars dəmir yoluna və Xəzər və Qara dəniz limanlarına böyük yük düşür. Yeni marşrut yük axınlarının yenidən bölüşdürülməsinə imkan verəcək və Orta Dəhliz boyunca yerləşən ölkələr böyük həcmdə tranzit cəlb edə biləcəklər”, – o, “Report”un sualını cavablandırarkən bildirib.

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi marşrutu 300 kilometrdən çox qısaltmağa imkan verir:

“Nəqliyyat sahəsinin mütəxəssisləri üçün bu sadəcə rəqəmlər deyil, yük daşımalarının vaxtını və dəyərini azaltmaq üçün böyük imkandır”.

Xəbər yenilənir