Rusiyada mikroavtobusla yük avtomobili toqquşub

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında
avtomagistralda sərnişin mikroavtobusu ağır tonnajlı yük avtomobili
ilə toqquşub.

Trend xəbər verir
ki, bu barədə regional İstintaq Komitəsi “Telegram” hesabında
məlumat yayıb.




Bildirilib ki, ölənlər arasında bir azyaşlı da var.

İlkin məlumatlara görə, hadisə zamanı 7 nəfər ölüb, 15 nəfər
yaralanıb.