Belçika millisinin üzvü bu kluba keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Lester Siti”nin müdafiəçisi Vaut Faes karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, “Beşiktaş” belçikalı futbolçunu transfer etmək
istəyir. İstanbul nəhəngi Faesi satınalma bəndi ilə icarəyə
götürməyi planlaşdırır.

Qeyd edək ki, “Lester Siti” Vaut Faesi 2022-ci ilin yayında “Renn”dən transfer edib.