Bakı. Trend:
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ABŞ-ın maliyyə dəstəyinin
azaldılmasından sonra qaçqınları izləmə proqramı üçün vəsait
çatışmazlığından əziyyət çəkir.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı və BMT hazırda əlavə
maliyyələşdirmə ilə bağlı danışıqlar aparır və əsas diqqət strateji
sahələrə yönəldəcək.
Belə olan halda Brüssel üçün daha az əhəmiyyət kəsb edən Latın
Amerikası kimi regionlar diqqətdən kənarda qalacaq.

