
Bakı.Trend:
Sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun loqosunun
dəyişdiriləcəyi ilə bağlı müxtəlif paylaşımlar edilir. Hətta
müxtəlif formalarda loqo dizaynları da versiya kimi irəli sürülür.
Səsləndirilən iddialar reallığı əks etdirirmi?
“Son günlər klubumuzun loqosu ilə bağlı müxtəlif təklif və
müzakirələr səsləndirilir. “Qarabağ” FK olaraq bildiririk ki,
hazırda loqomuzun dəyişdirilməsi ilə bağlı hər hansı rebrendinq
prosesinin aparılması gündəmdə deyil”.
Bunu Trend-ə
açıqlamasında “Qarabağ” futbol klubunun marketinq və komunikasiya
departamentinin rəhbəri Anar Hacıyev deyib.
“İctimaiyyətin və mütəxəssislərin rəylərini hər zaman hörmətlə
qarşılasaq da, “Qarabağ” FK loqosunun dəyişdirilməsi nəzərdə
tutulmur”,-deyə A.Hacıyev əlavə edib.

