İspaniyalı tennisçi Novak Cokoviçin uğurunu təkrarlayıb

Baş səhifə
İspaniyalı tennisçi Novak Cokoviçin uğurunu təkrarlayıb

İspaniya tennisçisi Karlos Alkaras “Böyük Dəbilqə” turnirlərinin serbiyalı 24 qat qalibi Novak Cokoviçin uğurunu təkrarlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər veir ki, 22 yaşlı tennisçi ATP turnirinin qrup mərhələsində italiyalı Lorentso Muzettini (6:4, 6:1) məğlub edərək 70-ci qələbəsini qazanıb.

Bu nəticədən sonra K.Alkaras 2009-cu ildən bəri 70 qələbə qazanan ən gənc tennisçi ünvanına yiyələnib. İspaniyalı idmançı bu qələbələrdən 16-nı ATP reytinqinin ilk “10-luğ”unda yer alan rəqiblərinə qarşı matçlarda qazanıb.

Qeyd edək ki, K.Alkaras “Böyük Dəbilqə” turnirlərinin 6 qat qalibidir. O, fərdi yarışlarda ümumilikdə 24 titul qazanıb.