İndoneziya Qəzza üçün 20 min nəfərlik hərbi kontingent hazırlayıb

Baş səhifə

İndoneziya Qəzzaya ezam etmək üçün 20 min hərbçidən kontingent hazırlayıb.

APA xəbər verir ki, bu barədə İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qəzzaya ezam olunacaq qüvvələr tikinti və səhiyyə məsələlərində fəaliyyət göstərəcəklər.

Nazir bildirib ki, İndoneziyaya səfər edən İordaniya Kralı ilə bu barədə ətraflı müzakirə aparılacaq.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının mandat verəcəyi təqdirdə, İndoneziya Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib. İndoneziyadan başqa, Azərbaycan, Qətər və Misirin də Qəzzaya hərbi kontingent göndərməsi müzakirə olunur.