Erlinq Holann Yeni Zelandiya ilə yoldaşlıq matçında iştirak etməyəcək

Baş səhifə
Erlinq Holann Yeni Zelandiya ilə yoldaşlıq matçında iştirak etməyəcək

Erlinq Holann Norveç millisinin Yeni Zelandiya ilə keçirəcəyi yoldaşlıq matçında iştirak etməyəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu xüsusilə sıx oyun qrafiki ilə əlaqədar yığmada istirahət verilən futbolçular sırasında yer alıb.

“Mançester Siti”nin futbolçusu oktyabrın 11-də DÇ-2026-nın seçmə mərhələsində İsrail millisinə qarşı matçda (5:0) het-trikə imza atmışdı.

Qeyd edək ki, Norveç və Yeni Zelandiya komandaları arasında matç oktyabrın 14-də Osloda keçiriləcək.