Tramp administrasiyası 50 min dövlət qulluqçusu işə götürüb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Administrasiyası 2025-ci ilin
əvvəlindən etibarən təxminən 50 min yeni işçi işə götürüb və bu
rəqəmin əsas hissəsi ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti
Xidmətinin payına düşüb.

Trend xarici KİV-ə
istinadla xəbər verir ki, bu barədə ABŞ hökumətinin Kadr Xidmətinin
rəhbəri Skott Kupor açıqlama verib.

Onun sözlərinə görə, yeni işçilərin işə qəbulu strukturu Tramp
administrasiyasının əsas prioritetlərini əks etdirir. Onun
fəaliyyətinin əsas istiqamətlərindən biri ABŞ-də qanunsuz
miqrasiyaya qarşı mübarizədir.




Yeni işçilərin qəbul edilməsi, digər dövlət qurumlarında,
məsələn, ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Nazirliyi və Vergi
İdarəsində işə qəbulun dayandırıldığı bir vaxtda baş verir.

Bu ilin avqust ayında Kupor ilin sonuna qədər federal orqanlarda
300 min dövlət qulluqçusunun ixtisarının gözlənildiyini
bildirmişdi.