Bakı. Trend:
Ermənistan bildirib ki, artıq bu gün Marqara və Kornidzor sərhəd
keçid məntəqələri vasitəsilə Türkiyədən Azərbaycana və əks
istiqamətdə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda söz açan Ermənistan baş naziri
Nikol Paşinyan, həmin marşrutun artıq istismara hazır olduğunu
vurğulayıb.
Paşinyanın eyni zamanda qeyd edib ki, TRIPP layihəsi (Tramp
marşrutu) çərçivəsində Ermənistan-ABŞ birgə şirkətinin yaradılması
planlaşdırılır.
Erməni mətbuatının yazdığına görə, İrəvan bundan əvvəl
Marqara–Yexeqnadzor–Sisian–Gorus istiqamətində də hərəkəti açmağa
hazır olduğunu bildirmişdi.

