Macarıstan ABŞ-dan “HIMARS” və digər müasir silahlar almağı planlaşdırır

Baş səhifə

Macarıstan hökuməti ABŞ-dan HIMARS reaktiv yaylım atəşi sistemləri və digər müasir silah növləri almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Kristof Salay-Bobrovnitski məlumat verib.

Nazir bildirib ki, HIMARS sistemi ölkənin növbəti onillik üçün silahlı qüvvələrin inkişaf planına daxil edilib.

Onun sözlərinə görə, bu sistem Macarıstanın strateji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.