Bu ilin 9 ayında Bakı-Tbilisi-Ceyhanla nəql olunmuş neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin ilk 3 rübü ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri
ilə təqribən 159 milyon barrel (19 milyon ton) xam neft ixrac
olunub.

Trend bu barədə
bp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-ci ilin eyni dövründə həmin göstərici
təxminən 165 milyon barrel (22 milyon ton) təşkil edib edib ki, bu
da illik ifadədə 3,6 faiz azalma anlamına gəlir.




1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək
bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6
milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078
tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Qeyd edək ki, “BTC Ko.”nun səhmdarları aşağıda
göstərilənlərdir:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni
(5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%),
EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.