HƏMAS daha bir İsrail girovunun qalıqlarını BQXK-yə təhvil verəcək

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında israilli girovun
cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil
verəcək.

Trend-in məlumatına görə, bu barədə müvafiq bəyanat hərəkatın
hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın “Telegram”
kanalında yayımlanıb.




“[İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi]
müqaviləsi çərçivəsində bu gün Əl-Şucaiyyə rayonunda aşkar edilən
girovların qalıqlarını [tibb] işçilərinə təhvil vermək qərarına
gəldik”, – deyə bildirilib.

Qeyd edilib ki, Qırmızı Xaç Komitəsi Qəzzadakı cəsədi “yerli
vaxtla təxminən saat 21:00” təhvil alacaq.